Menu

«Kəşmir məsələsində Ermənistan Hindistanı dəstəkləyir» - Paşinyan

28.09.2019, 10:56
«Kəşmir məsələsində Ermənistan Hindistanı dəstəkləyir»  - Paşinyan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Hindistanın «Wion» televiziyasına musahibəsində bəyan edib ki, Ermənistan Kəşmir məsələsində Hindistanı tam dəstəkləyir.

«Kəşmir məsələsində biz, Hindistanın mövqeyini tam dəstəkləyirik və bu, bizim qəti mövqeyimizdir. Ümid edirik ki, situasiyanı sülh yolu ilə həll etmək istiqamətində səylərimizi konsalidasiya edə bidəcəyik» - deyə, Nikol bildirib.

Paşinyan xatırladıb ki, Ermənistan və Hindistan tarixi, mədəni və siyasi baxımdan bir-birinə çox yaxındırlar. İkitərəfli münasibətlərin indiki mərhələsində Paşinyan iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin aktual olduğunu nəzərə çatdırıb.

Bundan əvvəl, BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən 74-cü sessiyasında Paşinyanla Hindistanın Baş naziri Narendra Modinin görüşü baş tutub.

«Aramızda çox pozitiv diskusiya oldu. Biz, iqtisadi əlaqələrimizin möhkəmləndirilməsi və qarşılıqlı-ticarətin həcminin artırılması imkanlarını müzakirə etdik» - deyə, Paşinyan müsahibəsində qeyd edib.

Qeyd edək ki, Ermənistanla Pakistanın diplomatik əlaqəsi yoxdur. İslamabad ənənəvi olaraq, Bakı ilə yaxınlaşma - o cümlədən, hərbi-siyasi sferada - siyasətini yürüdür və Cənubi Qafqazın bu ən böyük ölkəsinə hərbi təyinatlı məhsullar göndərir, onunla birgə hərbi təlimlərdə iştirak edir.

Ermənistanın Hindistanla «tarixi əlaqələri» məsələsinə gəlincə, Paşinyan bu məsələdə də yalan danışır. Nədən ki, hazırkı «ermənistan respublikası»nın nə yaşı var ki, Hindistanla da hansısa tarixi əlaqəsi olsun?! O ki qaldı Ermənistanın Hindistanla (və digər iri dövlətlərlə!) iqtisadi əlaqələrinin genişləndirilməsinə və qarşılıqlı-ticarət dövriyyəsinin artırılmasına, bu da Paşinyanın blefidir. Çünki bu cırtdan ölkənin nə iqtisadiyyatı var ki, kiməsə nə isə sata bilsin? Bu ölkənin başlıca siyasəti kimdənsə nəyi isə müftə və ya ucuz alıb, başını girləməkdən ibarətdir. Hamıya məlumdur ki, SSRİ dönəmində «ermənistan respublikası» SSRİ dövlətinin davamlı dotasiyaları hesabına yaşayıb. Hazırda isə bu ölkə tanınmış jurnalist Yuliya Latınina demiş, «it quyruğu kimi Rusiyanın ardınca sürünür»…

Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol