Menu

Çili sahillərində güclü zəlzələ olub

30.09.2019, 07:52
Çili sahillərində güclü zəlzələ olub

Çili sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Konstitusyon şəhərindən 66 km cənub-qərbdə, onun ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində tələfat və ya xəsarət halı, dağıntılar, eləcə də sunami təhlükəsi barədə məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol