Menu

Bitkoinin bu il ən kəskin həftəlik ucuzlaşması baş verib

30.09.2019, 15:43
Bitkoinin bu il ən kəskin həftəlik ucuzlaşması baş verib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti ötən həftə 20% azalaraq 8 min ABŞ dollarından aşağı düşüb.

"Report" xəbər verir ki, bununla da bitkoinin bu il ən kəskin həftəlik ucuzlaşması baş verib.

Xatırladaq ki, bitkoin son 3 ayda dəyərini 34% itirib. Halbuki kriptovalyuta ilin əvvəlindən bəri 115% qiymət artımı nümayiş etdirərək 10 000 dollarlıq həddi ötmüşdü. Tarixi maksimum isə 2017-ci ilin sonunda 20 000 dollara yaxın olmaqla qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol