“Rafael Cəbrayılovun özündə cəsarət tapıb, istefa verməsini təqdir edirəm”. Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
JAM sədri bildirib ki, nəhayət, Azərbaycan məmurlarında və deputatlarda istefa mədəniyyəti formalaşmalıdır:
“Avropaya inteqrasiya kursu götürən bir ölkədə demokratiyanın təməl qanunlarına arxa çevirmək olmaz. Rafael Cəbrayılov ona verilən mandata sahib çıxa bilmədi. İnad etməsinə, özünə bəraət qazandırmasına lüzum yox idi. Sağ olsun, nə özünü yordu, nə də cəmiyyəti. Bu ölkədə Rafael Cəbrayılovdan nümunə götürməli xeyli adam var. Mən onları da analoji qaydada davranmağa dıvət edirəm. Məmurlar da, deputatlar da, cəmiyyətdə yeri, mövqeyi olan digər peşə sahibləri də ictimai qınaqla hesablaşmalıdırlar.
Hazırda sosial şəbəklər ictimai nəzarət finksiyasını yerinə yetirməkdədir. Obrazlı desək, cəmiyyətin gözü onları idarə edən adamların üzərindədir. Buna görə də hamı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Yorulanlar, tıncıxanlar könüllü şəkildə meydanı tərk etməlidirlər”.


Şərhlər
İnanan daşa dönsün ki Rafael Cəbrayılov öz xoşuna istefa verib. Siyavuş Novruzovun dediyi kimi deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir. Yəqin ki R.Cəbrayılova seçmək üçün iki yol qoyublar ya qazamat, ya da istefa. Rafael Cəbrayılov da ikinci yolu seçib. Fikrimcə istefa mədəniyyəti olsa idi məsələn, oglunun qalmaqlı hərəkətləri ilə dırnaq arası ad çıxaran Elmira Axundova çoxdan istefa verərdi.
daha nə olmalıdıki? heç bir cəza-filan almayacaq, əksinə deputat pensiyası alacaq..necə deputat edilmişdisə elə də çıxarıldı..
Hörmətli Seymur müəllim, düz deyirsiniz.Elə biri Komitə sədri Hicran Hüseynova vətəndaşları işə düzəltmə adıyla ... küllü miqdarda(170 000 dol)pul alıb.Sabiq aparat rəhbəri Səfər İmanov kimisini əlində oyuncaq etdi.Səfəri ailəliklə kənarda maliyələşdirir.Hüquq-Müh orqanları tərəfindən istintaq aparılsada Hicranın dəfələrlə aidoları vidolar yayıldı heç nə özü başa düşmədi ki,xalxın pulunu qaytarsın,nədə rəhbərlik onun haqqında ölçü götümədi.Hələdə oturub DÖVLƏTİN kreslosunda "İŞİNİ"davam edir.
Guyaki xalq seçmişdi,oda etimadı doğrutmadığına görə,sivil dünyada olduğu kimi istefa verdi yoxsa seçicilər ona görə xəcalət çəkəcəydi və ya küçəyə çıxıb ondan hesabat istəyəcəydi.Mandatı kim vermişdi oda aldı.(biri varidi, biri yok)