«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Saudi Aramco» şirkətinin neft obyektlərinə hücumun nəticələri tamamilə aradan qaldırılıb. Ölkə bu barədə OPEK-i məlumatlandırıb. Xəbəri təşkilatın Baş katibi Mohəmməd Barkindo yayıb.
Səudiyyə Krallığı dünyanın ən nəhəng neft istehsalçılarından biri hesab olunur.
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft zavodları «dron»ların hücumuna məruz qalıb. Nəticədə ölkə neft hasilatını yarıbayarı itirib. Ər-Rİyad və Vaşinqton hücuma görə, İranı günahlandırıb, Moskva isə onları tələsik nəticə çıxarmamağa çığırıb.


Şərhlər