Menu

Korrupsiyada ittiham olunan 397 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib

01.10.2019, 11:10
Korrupsiyada ittiham olunan 397 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib

"Bu il Prokurorluq orqanları tərəfindən korrupsiya cinayətlərinə yol vermiş 397 vəzifəli şəxs barəsində 250 cinayət işi məhkəmələrə göndərilib".

APA-nın məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, həmin cinayət işlərində dövlətə dəymiş 18 milyon manat zərər ödənilib: “Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol