Menu

Bakıda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb 

02.10.2019, 23:53
Bakıda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb 

Xətai rayonunda 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Babək prospektində "Mercedes" və digər minik avtomobilinin toqquşması zamanı 1982-ci il təvəllüdlü Abdullayev Xəyal Hacıağa oğlu və 1987-ci il təvəllüdlü Nəbiyev Pərviz Ramazan oğlu xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol