Tanınmış jurnalist, “İki sahil” qəzetinin şöbə müdiri Elçin Zaman Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Jurnalistin döş qəfəsində aşkarlanan şiş cərrahi əməliyyatla götürülüb. Əməliyyatı mərkəzin Torakal şöbəsinin müdiri, təcrübəli cərrah-onkoloq, tibb elmləri doktoru, professor Əbülfəz Soltanov uğurla başa çatdırıb.
Elçin Zamanın sözlərinə görə, bundan sonra tibbi müayinə və müalicə proseslərinin davam etdirilməsi nəzərdə tutulub. Jurnalist bildirdi ki, vəziyyəti qənaətbəxşdir.
Allah şəfa versin!


Şərhlər
Mənim gücün dayağım ATAM SƏN HƏLƏ ÇOX YAŞAYACAQSAN İNŞALLAH