Menu

BNA-ya “Allah bəlanızı versin!” deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırıldı — AÇIQLAMA

04.10.2019, 21:22
BNA-ya “Allah bəlanızı versin!” deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırıldı — AÇIQLAMA

Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır. 

Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb: “Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!”.

Criminal.az saytının əldə etdiyi məlumata görə, Z.Bədəlova yazdığı tənqidi statusa görə artıq Xəzər TV-dən uzaqlaşdırılıb.

Özünü aparıcının köməkçisi kimi təqdim edən şəxs isə açıqlama vermək istəmədi: “Mən məsləhət bilmirəm Zümrüd xanım sizinlə danışsın…”.

Image result for Mais Ağayev

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mayis Ağayev aparıcı Zümrüd Bədəlovanın ittihamına cavab verib: "Xahiş edirəm bilmədən ittiham etməyək. Əvvəlcə onu qeyd edim ki, adı çəkilən qadın bizi tənqid yox təhqir edib. Biz tənqidə açıq olmuşuq və bu belə də olacaq. Amma təhqir etmək olmaz. Həm də qeyri-etik ifadələrlə, qarğışla... Bu şəxs nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində saxlayıb hərəkətə maneə yaradıb. Təxliyə zamanı nəqliyyat vasitələri bir bir aparılır. Hələ bir neçə avtomobili eyni anda daşımaq mümkün deyil. Digər yandan bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub".

Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq saytlardan sildirilib.

 

Şərhlər

EJDER 2019-10-04 21:22:35

AYE BU ANALOQU OLMAYAN HOKUMETDE ANALOQU OLMAYAN DEMOKRATIYADIR.QOXUM EQREVE...DEMOKRATIYASI,YABAWLAMAQ OLMAZ,ANCAQ INKIWAF,ANALOQU OLMAYAN INKIWAF

Avtandil 2019-10-04 21:22:35

BNA marşrutlarla, avtobusların işi,sürücülərin yol hərəkət qaydalarına əməl etməsi ilə,hərəkət sürəti ilə,avtobusların texnikivəziyyəti ilə,sürücülərin mədəi davranışı ,marşrut dəyişməsi ( 85 N-li,və s.),marşrutdan çıxması ilə məşğul olsa daha məqsədəuyğun olar.Vətəndaşların şəxsi maşınlarına,onların hərəkətinə,.dayanmasna nəzarət BNAnə nə dəxli var? Onlar əsas işlərini atıb vətəndaşlara cərimə yazmaqla məşğul olmaları,həmin cərimələrin dövlət büdcəsinə yox,şəxsi hesablara köçürülüb paylanması qanunsuzdur!

t.ədalət 2019-10-04 21:22:35

BNA çox pis ad çıxarıb.Onlar əlillərin maşınlarına belə şıdırğı "cərimələr" yazırlar.Halbuki bütün avtomobil sahiblərinin kimliyi barədə məlumat əldə etmək mümkündür.Şəhər əhalisini elə sıxışdırıblar ki,elə bil leylək quşu kimi sürücülər tək ayağı üstə dayanmalıdır.Zümrüd xanımın çıxışı vətəndaşların ürəyindən gələnlərdir.Aparıcını yox,BNA-nı cəzalandırmaq lazımdır .Onlar sürücülərlə əsirlikdə olanlar kimi davranırlar.Əgər bu ölkədə heç nəyin dəyəri yoxdursa,onda Vətəni qorumaq üçün ölməyə dəyərmi?

MRP 2019-10-04 21:22:35

Qanun qarşısında hamı eyni məsuliyyəti daşıyır.Amma BNA rəsmisinin təxliyə zamanı maşınlar bir-bir aparılır deməsi həqiqət olsada sürücülər arasında narazılıq yaradır və bu işdə ədalətsizlik prinsipi hökm sürür.Bunun dəfələrlə şahidi olmuşam.Hələ mən BNA əməkdaşlarının yol haqqında qanunun tələblərini(o cümlədən parklanma) kobud pozmasını demirəm.

dadaşyev 2019-10-04 21:22:35

Xanımın sözlərində əsla və əsla təhqir yoxdur.Təhqir şəxsiyyətin alçaldılmasıdır.Qarğış isə xalqın ədəbi folklor növüdür,lənətdir.Qazan xan Qaraca çobana "Dilin qurusun,çoban,ağzın çürüsün" deyərkən onu təhqir etmir,ona qarğış edir.Yalıncıq oxu hədəfə vurammayanda Beyrək deyirsə "Əlin qurusun",bu qarğışdır,təhqir deyil.Amma ardınca deyərkən "Donuz oğlu donuz",bax budur təhqir,çünki onun şəxsiyyətini alçaldır.O boyda Allah "Əbu Ləhəbin qolları qurusun" deyir,bu qarğışdır,lənətdir,qeyri-etik söz deməz Allah.

dadaşyev 2019-10-04 21:22:35

davamı;O ki qaldı xanım düz deyib,yoxsa yalan,təbii ki düz deyib.Həm də lap yaxşı deyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol