Menu

Duterte Rusiya ilə əməkdaşlıq qərarına gəlib - «Yaxın dostlar»ını söyüb

07.10.2019, 16:34
Duterte Rusiya ilə əməkdaşlıq qərarına gəlib - «Yaxın dostlar»ını söyüb

Soçidə «Valday» beynəlxalq diskusiya klubunun iclasında Filippin prezidenti Rodriqo Duterte Amerika Birləşmiş Ştatlarına (ABŞ) Filippinin narkoticarətlə müharibəsindən narazılığını xatırladıb və onu insan hüquqlarından silah kimi istifadə etməməyə çağırıb. Bundan başqa, Filippin prezidenti müdafiə sahəsində Rusiya ilə əməkdaşlığı möhkəmləndirməyə sadiq qaldığını ifadə edib («Bloomberg»).

«Bloomberq»-in xəbərinə görə, Duterte Rusiyaya ikinci səfərindən ABŞ-ı tənqid etmək və müdafiə sahəsində Moskva ilə əməkdaşlığı möhkəmlətmək üçün növbəti fürsət kimi istifadə edib.

Nəşrin izahına görə, Soçidəki forumda Duterte ölkəsinin “dostlarını” söyüb və bildirib ki, guya onlar «özlərini elə aparırlar ki, sanki Filippinin problemlərinin cavablarını bilirlər».

«Onlar demək olar, hamı üçün eyni qaydalar və normalar yaradırlar, özləri isə hərdən bu norma və qaydalara əməl etməkdən boyun qaçırırlar. Onlar insan hüquqlarından silah kimi istifadə edirlər və bunun necə dağıdıcı nəticələr verə biləcəyini unudurlar».

«Açıq forumda Duterte qeyd edib ki, ABŞ «onun minlərlə insanın həyatına son qoyan narkotiklərlə müharibəsini sərt tənqid edib və insan hüquqlarının pozulması bəhanəsi ilə Filippinə sihah satmağı dayandırıb. Eyni zamanda o, bildirib ki, Birləşmiş Ştatlara qarşı heç bir pis fikiri yoxdur və onu «yaxın dost» və Filippinlə müttəfiqlik müqaviləsi bağlamış yeganə dövlət kimi xarakterizə edib» - deyə, «Bloomberq» yazır.

Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Duterte «müdafiə sahəsində Rusiya ilə uzun müddətli əməkdaşlığa» sadiq olduğunu ifadə edib. Putin də öz növbəsində, bəyan edib ki, Rusiya Filippinlə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsini istəyir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol