Menu

Biləsuvarda qadın 1 kq heroinlə tutulub

09.10.2019, 12:26
Biləsuvarda qadın 1 kq heroinlə tutulub

Biləsuvarda qadının üzərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini G.Abbasovadan 1 kiloqramdan artıq heroin və 810 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol