Menu

Türkiyə “Barış pınarı” əməliyyatında ilk şəhidini verib

11.10.2019, 08:27
Türkiyə “Barış pınarı” əməliyyatında ilk şəhidini verib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı zamanı Türkiyə ordusunun bir hərbçisi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilərlə terrorçu PKK/PYD və YPG qruplaşmalarının silahlıları arasında baş verən atışma nəticəsində üç əsgər yaralanıb. Nazirlik şəhid, çavuş Ahmet Topçunun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib. Hazırda əməliyyat davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol