Menu

Konqo prezidentinin təyyarəsi radardan itib

11.10.2019, 11:59
Konqo prezidentinin təyyarəsi radardan itib

Konqo Demokratik Respublikasında göyərtəsində 8 nəfər olan “An-72” hərbi təyyarəsi radarlardan itib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.

Məlumata görə, radarlardan itən hava gəmisi ölkə prezidenti Feliks Çisekedinin xidməti təyyarəsidir. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb.

O, “Twitter” hesabında yazıb ki, təyyarə Konqonun Qoma hava limanından Kinşasu şəhəri istiqamətində uçurmuş. Təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 4 sərnişin olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol