Menu

"Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə..." - Yaqub Zurufçu

12.10.2019, 23:31
"Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə..." - Yaqub Zurufçu

“Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur”.

APA-nın məlumatına görə, bunu Əməkdar artist Yaqub Zurufçu deyib.

Əməkdar artist bildirib ki, ATV ilə MTV kanallarından başqa, heç bir kanal dəstək olmayıb: “Kanallar qadağa qoyur, heç xəbərimiz olmur. Onlar arzu etsinlər ki, mən onların kanallarına çıxım. Yoxsa, mən o kanallara çıxan deyiləm”.

Qeyd edək ki, bu gün Heydər Əliyev adına Respublika Sarayında Yaqub Zurufçunun solo konserti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol