Menu

Gəncədə yolu keçən üç qadını maşın vurub

14.10.2019, 15:31
Gəncədə yolu keçən üç qadını maşın vurub

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Xətai prospektində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyadalar – 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızını vurub. Hər üç piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol