Menu

XİN mətbuat xidmətinə yeni rəhbər təyin olundu - Foto

19.09.2014, 20:48
XİN mətbuat xidmətinə yeni rəhbər təyin olundu - Foto

[caption id="attachment_56020" align="alignleft" width="300"] Hikmət Hacıyev[/caption]

Hikmət Hacıyev nazirliyin mətbuat xidməti vəzifəsinə təyin edilib

Bu gündən etibarən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev icra edəcək.

Kütləvi informasiya vasitələrinin nümayəndələri H.Hacıyevlə (+99412) 596 92 76 iş telefonu, (+994 51) 311 01 05 mobil telefonu və ya h_hajiyev@mfa.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Elman Telman oğlu Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə E.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol