Menu

Jurnalistlərin qatilləri barədə məlumata 10 milyon dollar veriləcək

20.09.2014, 09:03
Jurnalistlərin qatilləri barədə məlumata 10 milyon dollar veriləcək

ABŞ Konqresi Ceyms Fouli və Stiven Sotloffun oğurlanması və qətlində əli olan şəxslər barədə məlumata görə 10 milyon dollara qədər mükafatı nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın əvvəlində “İslam Dövləti” terrorçu qruplaşması ABŞ vətəndaşı, 2013-cü ildə Suriyada oğurlanan Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yaymışdı.

Bundan əvvəl “İslam Dövləti” qruplaşması digər amerikalı jurnalist, 2012-ci ildə Suriyada əsir düşən Ceyms Foulini edam etmişdi. Terrorçular bəyanatlarında ABŞ İraqdakı hərbi əməliyyatlarını davam etdirdikləri təqdirdə amerikalıları qan içində boğacaqlarını vəd etmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol