Menu

Müəllimlərin sınaq qiymətləndirilməsi keçirilir

20.09.2014, 10:30
Müəllimlərin sınaq qiymətləndirilməsi keçirilir

Bu gün Bakı məktəblərinin müəllimləri üçün növbəti sınaq qiymətləndirilməsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 - 13 iyun tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.

Üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün bu gün sınaq qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub.

Ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla 1753 müəllim sınaq qiymətləndirilməsində iştirak edir.

Qeyd edək ki, qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində keçirilməsi nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol