Menu

NATO admiralı Azərbaycana təşəkkür edib

16.10.2019, 13:25
NATO admiralı Azərbaycana təşəkkür edib

NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, o, təşəkkürünü oktyabrın 16-da Bakıda Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə çatdırıb.

Kontr-admiral B.Turan Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb.

O, həmçinin “NATO Günləri”nin Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol