Ərdoğan və ABŞ-ın vitse-prezidenti arasında görüş başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, mətbuata qapalı olan 1 saat 40 dəqiqəlik görüşdə “Barış bulağı” hərəkatı çərçivəsində bundan sonra atılacaq addımlar, təhlükəsiz bölgə planı və ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə bağlı müzakirələr aparılıb. İkitərəfli görüşdən sonra heyətlərarası görüş başlayıb. Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, ABŞ tərəfdən isə vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və Suriya üzrə təmsilçi Ceyms Cefri iştirak ediblər.

Görüş 40 dəqiqədir davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar