Menu

"Barış pınarı": Suriyada 702 terrorçu zərərsizləşdirilib

17.10.2019, 21:25
"Barış pınarı": Suriyada 702 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 700-dən çox terrorçusu zərərsizləşdirilib.

"Report"un "Anadolu" agentliyinə istinadla məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Qeyd edilir ki, oktyabrın 9-da Fərat çayından şərqdə keçirilən "Barış pınarı" əməliyyatında təmizlənən PKK/YPG terrorçularının sayı 702 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol