TÜRKİYƏ VƏ ABŞ ANLAŞDI! - Ankara əməliyyatları dayandırır, terrorçular 5 günə çəkilir 

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında saat yarıma qədər davam edən təkbətək görüş başa çatıb.  Bundan sonra tərəflər arasında geniş tərkibdə danışıqlar olub.

"AzPolitika.info"nun məlumatına görə, danışıqlardan sonra açlıqlama verən Maykl Pens iki ölkə arasında atəşkəsin saxlanılması, "Barış pınarı" əməliyyatının dayandırılması barədə razılığın əldə olunduğunu bildirib.

Razılaşmaya görə,  PKK/PYD və YPG terror qruplaşmaları 120 saat içərisində Türkiyənin elan etdiyi güvənli bölgədən geri çəkiləcək. Türkiyə bu müddət ərzində əməliyyatlar aparmayacaq.

ABŞ isə Türkiyəyə qarşı bütün sanksiyaları aradan qaldıracaq.

Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu isə bəyan edib ki, heç bir atəşkəsdən söhbət gedə bilməz: "Sadəcə əməliyyatlara 120 saat ara veririk. Bu müddətdə PKK/PYD və YPG terror qruplaşmaları ərazini tərk etməlidir. Yalnız bundan sonra əməliyyatları dayandıra bilərik. Bundan əlavə ABŞ terror qruplaşmalarına verdiyi ağır silahları geri alacaq. Həmçinin, Türkiyəyə qarşı bütün sanksiyalar geri götürüləcək. Belə bir sonuca prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqe tutması nəticəsində nail olduğumuzu bəyan etmək istəyirəm"

Bu arada ABŞ prezidenti Donald Tramp da Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Ağ Ev rəhbəri bildirib.

Elman

AzPolitika.info

635x100

Şərhlər

AAgahuseyn 2019-10-17 21:55:28

ALLAHI and verirəm öz izzəti cəlalına ZATİ ALİLƏRİ CƏN.R.T.ƏRDOQANA UZUN ÖMÜR,CAN SAQLIQI VƏ MİLLƏT UQRUNDA APARDIQI İŞLƏRDƏN YORULMASIN.ALLAH bizim ömrümüzdən kəsib SİZİ YAŞATSIN.AMMİN.

Cəmşid Dərələyəzli 2019-10-17 21:55:28

Bunun bu sonuça varacağına əmin idik. Çünki, Erdoğanın qətiyyətinə və ezmikarlığına inanırdıq. Bu gün də anladıq ki, neden herekat məhz 9 oktyabrda (1919) başladı. Melum oldu ki, Tramp Erdoğana çox heqarətli və özünü hörmətdən salacaq qədər səviyyəsiz, diplomatiya tarixində rast gəlinməmiş bir məktub yazmış. Erdoğan isə o məktubu oxuyub çöpə atmış ve mektuba cavab, herakat başlasın əmrini verərək,Trampa Osmanlı tokatını dadızdırmışdır. Bu nədən də həmin gündən bəri Tramın olmayan ağlı, daha da olmazlığa düşmüş və hər gün, gün ərzində 4-5 kərə baş-ayaq bəyanatlar verməyə başlamışdır. Yetməmiş dünən də ust- düzey siyasilərini toplu olaraq Ərdoğanın ayağına göndərmişdir. Bu gəlişin səbəbi Erdoğana sorulduqda, O Topu gəlsə də biz məqsədimizdən dönən deyilik və hərəkatı durdurmamız da bir şərtlə olacaq ki, güvənli bölgəni boşaldacaqlar, demişdi. Bu gün uzun sürən danışıqlardan sonra belə də oldu. Danışıqların nəticəsi olaraq, 120 saata teroristlər çəkilməli, bölgə tam boşaldılmalıdır. Lakin bizim üçün bir şey maraqlıdı. Neden Suriyada onca insan qırıldı, minilliklərin bir dövləti xarabalığa döndü,Tramp ve Batı ateşkes için bunca çaba serf etmədilər. Nedir Kürd teroristleri onlar üçün, bunca önəmli yapan. Bunun önəminin onlar üçün nə olduğunu azından anlayırıq da. Amma Türküyə Barış Pinar hərəkatı ilə onlara da anlatdı ki, nə yapsanızda, Türküyəni enəməyəcəksiniz. Yeri ve zamanı gelende Türküyə sizleri enər. Özü də tek başına. Aslında Bu hərəkatla Türküyəni -Türkləri tanımayanlar tanıdı, dərsini almayanlarda derslərini aldılar. (bütün bu diplomasi trafikində Rusiaya nerede durur və onun bu məsələlərdə çıxarı və siyasəti nədir, bu isə başqa bir mövzunun söhbəti). Hə bir də safı bəlli olmayanların, kimin dost-kimin düşmən olduqlarını gözlər önüne sermiş oldu. Kazamız mubarek, sayın Erdoğan. Tanrı Türk ordusunu daima müzaffer etsin.

Son yazılar