Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 27,6 milyard manata bərabər olub.

Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 13 milyard 947,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 630,3 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,3 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9 faizi ticarət müəssisələri, 49,7 faizi fərdi sahibkarlar tərəfindən, 29,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9 faiz, fərdi sahibkarlar üzrə 0,6 faiz artıb, bazar və yarmarkalarda isə 6,3 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

635x100

Şərhlər

İnternat uşağı 2019-10-18 00:02:29

Istehlakçı və istemalçılıqdan görəsən nə vaxt qabil, vacib sənaye məhsulu istehlakçısı və ixracatı ölkəsinə çevriləcəyik? Görəsən, inkişaf etmiş ölkə vətəndaşları 157 ərzaq və 153 manat qeyri-ərzaq xərcləri hansı nisbətdə olur? İslamlarda əhali artımı olsa da orta hesabla ailə-təsərrüfat infrasına(inkişafına) demək olar ki, heç nə qalmır. Qarışıq Ailə münaqişələri və s.?

Bashirov Qarib 2019-10-18 00:02:29

Belə çıxır ki,4 nəfərdən ibarət bir ailə bir ayda orta hesabla yalnız ticarət mərkəzlərində 1230 man pul xərcləyib.Səhiyyə,xeyir-şər,komunal, istirahət bank ödənişləri və digər uçota alınmayan ( ruşvət və korrupsiya) xərcləni də hesablasaq, onda bir ailə ortalama 2500 və daha çox pul xərcləyib.Axı bu qədər pulu bir ailə qazana bilməz.Bəlkə,kiçik bir hissə ayda milyonlarla pul xərcləyir və ortalama belə görunur.

Son yazılar