Menu

"Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır" - Səhiyyə Nazirliyi

18.10.2019, 12:25
"Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır" - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib: “Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

Şərhlər

t.ədalət 2019-10-18 12:25:35

Yiyəsi olmayan,həkimlərin pulunu çatdırmayan hansı xəstə müalicə olunur ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol