“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi növbəti tədbirini Şabran rayonunda keçirib.
17 oktyabr 2019- cu il tarixində ”Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Şabran rayon Ağsaqqalar evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində dəyirmi masa keçirmişdir. Tədbiri RİH nümayəndəsi Fərid Bağırzadə açaraq məişət zorakılığı haqqında qısa məlumat verdi. Layihənin rəhbəri Tələt Qəribov çıxışında göstərdi ki, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılmasına baxmayaraq, məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkəmizdə də mürəkkəb bir problemə çevrilmişdir. Cəmiyyətin aktual probleminə çevrilən məişət zorakılığı insanlığa qarşı cinayətdir. Son dövrlərdə ailədaxili cinayətlərin artması cəmiyyətimizdə narahatlıq doğurur.
Mövzu ətrafında rayon 4 saylı məktəbin müəlliməsi Nina Bulatova, 1 saylı məktəbin müəllimi Əhməd Yolçuyev, 4 saylı məktəbin psixoloqu Yaqut Tahirova və başqaları çıxış edərək öz fikir və təkliflərin səsləndirdilər. Çıxış edənlərin əksəriyyəti TV-də mənəvi-əxlari dəyərlər və vətənpərvərlik mövzularına daha da geniş yer verilməsini təklif etdilər.







Şərhlər