Menu

Xəzərdə zəlzələ olub

22.10.2019, 09:17
Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla oktyabrın 22-si saat 00:57-də Qala stansiyasından 152 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.8, dərinliyi 53 km olan zəlzələ hiss olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol