Bakıda iranlı həkimin döyülməsi ilə bağlı təfərrüatlar məlum olub.
Bu barədə APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, "Starmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən Xəlil Musayev isə klinikanın yerləşdiyi binanın sahibidir: "Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb".
B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.
***
Bakıda iranlı həkim döyülüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazemi Behnam Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.
Araşdırma aparılır.


Şərhlər
Bakıda döyülən İran və Türkiyə vətəndaşları ancaq və ancaq qadın üstündə döyülür.Çünki İranda və Türkiyədə "Yanıq Kərəm" mahnısını çox sevirlər.Türkiyənin elə kanalları var ki,səhərdən axşama kimi "Viaqra"nı reklam eləyirlər.