Paytaxta LPG qazlarının saxlanması üçün unikal böyüklükdə qurğu gətirilib.
“Qafqazinfo” xəbər verir ki, İtaliya istehsalı olan qurğunun gətirilməsində əsas səbəb “SOCAR”ın Heydər Əliyev adına Neft emalı zavodunun müasirləşdirilməsi tədbirləridir. Uzunu 35 metr, həcmi 345 ton olan qurğu Qafqazda ilkdir. Növbəti mərhələdə isə 66 metr uzunluğunda olan daha irihəcmli qurğunun gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, son zamanlar ölkəmizdə yanacaqdoldurma məntəqələrində maye qazın satışı ilə bağlı problemlər yaranmışdı.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaranmış problemə səbəb sənayenin inkişafı nəticəsində LPG-yə artan tələbata görə qıtlıq yaranması olub.



Şərhlər
Maye qazın tapılmamasının səbəbi, nəhayət, elan olundu. Demə, sənayenin inkişafı əsas səbəb imiş.Butun illər boyu maye qaz bol olub.Birdən birə sənaye inkişaf edib və maye qaz yoxa çıxıb. Daha dogrusu yoxa çıxmayıb, suni baha qiymətlərlə satılırdı.Açıqlama da verilmirdi. İndi biz nə edək, sənayenin inkişafına sevinək, ya artıq ödədiyimiz pula görə buna məyus olaq.
Hansı "ağıllı" bu gözalan "nəhəngi" Azərbaycanda qurmaq əvəzinə yeridib? LPG nə deməkdir CƏNAB İ.Əhmədov?