Menu

Şamaxıda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

26.10.2019, 09:16
Şamaxıda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

Şamaxı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol