Menu

Mehriban Əliyeva Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə əlaqədar paylaşım edib

26.10.2019, 15:57
Mehriban Əliyeva Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol