Menu

"Sabah" "Zirə" ilə heç-heçə etdi, "Keşlə"dən qələbə

26.10.2019, 20:25
"Sabah" "Zirə" ilə heç-heçə etdi, "Keşlə"dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Digər görüşdə isə "Sabah" "Zirə"ni qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər matçları 27-28 oktyabr tarixlərində oynanılacaq.

26 oktyabr

18:00. “Sabah” – “Zirə” - 2:2

Qol: Nicat Süleymanov, 23 (0:1), Amadu Diallo, 28 (1:1), 44 (2:1), Nicat Süleymanov, 88 (2:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov

“Bank Respublika Arena”

16:00. “Keşlə” – “Qəbələ”- 2:1

Qollar: Lorenzo Frutos, 1 (1:0), Sezar Meza Kolli, 42 (2:0), David Valkov, 58 (2:1)

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov

“ASCO Arena”

27 oktyabr (bazar)

17:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu

“Kapital Bank Arena”

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli

Tofiq Bəhramov adına Respublika Stadionu

Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 5 qol

İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol

Stiven Monroz ("Neftçi") - 4 qol

Mehdi Şərifi ("Sumqayıt") - 3 qol

Mirabdulla Abbasov ("Səbail") - 3 qol

Mahir Emreli ("Qarabağ") - 3 qol

Ağabala Ramazanov ("Səbail") - 3 qol

Maqaye Qeye ("Qarabağ") - 3 qol

Amadu Diallo ("Sabah") - 3 qol

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol