Menu

Rusiya ordusunun silahlanmasına yeni "Boa" tapançası daxil edilir

27.10.2019, 11:29
Rusiya ordusunun silahlanmasına yeni "Boa" tapançası daxil edilir

Rusiya ordusunun silahlanmasına müasir "Boa" tapançası daxil edilir."Report" İnterfaks agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Dəqiq Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin baş direktoru Albert Bakov deyib.

Onun sözlərinə görə, bu qərarı təsdiqləmək üçün Rusiya Müdafiə naziri Sergey Şoyqu müvafiq əmr imzalamalıdır.

Silah 9x21 mm gücündə olan patron üçün hazırlanıb. Belə bir güllə bir neçə metrlik məsafədə ikinci dərəcəli güllə keçirməyən gödəkçələri dəlib keçməyə qadirdir.

Qeyd olunub ki, Rusiya ordusu artıq yeni məhsulu sınaqdan keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol