Menu

"Barış bulağı" əməliyyatı: 1 türk hərbçisi həlak oldu

27.10.2019, 17:33
"Barış bulağı" əməliyyatı: 1 türk hərbçisi həlak oldu

Suriyanı Rəsulayn rayonunda PKK/YPG terrorçuları Türkiyə Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, bu barədə Türkiə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yazılıb.

Məlumatda deyilir: "Suriyanın Rəsulayn rayonunda "Sülh bulağı" əməliyyatı çərçivəsində PKK/YPG terrorçuları tərəfindən açılan atəş nəticəsində 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol