Menu

"Azadlıq elə bir hissdir ki, bunu sözlə ifadə edə bilmirəm" - Fədayə Laçın  (VİDEO)

29.10.2019, 13:31
"Azadlıq elə bir hissdir ki, bunu sözlə ifadə edə bilmirəm" - Fədayə Laçın  (VİDEO)

"Azadlıq elə bir hissdir ki, bunu sözlə ifadə edə bilmirəm".

"Report" xəbər verir ki, bunu Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın deyib.

O bildirib ki, azadlığa çıxdığı üçün çox həyəcanlıdır: "Şükürlər olsun Allahın bu gününə, çox gözəl hisslərdir".

F.Laçın qeyd edib ki, bundan sonra da sənətini davam etdirəcək: "İki ildir oxumuram, içəridə ürəyim partlayırdı". O, daha sonra jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

F.Laçın bütün dustaqlara azadlıq arzu edib: "Heç kimə ayrılıq qismət olmasın, Allah cəmi dustaqların qapısını açsın".

Müğənni onu sevənlərdən də üzr istəyib: "Bilmədən sevənlərimi çox üzdüm. Amma söz verirəm ki, bir daha nə ailəmi, nə də məni sevənləri üzməyəcəyəm. Onların hamısından üzr istəyirəm".

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

Şərhlər

Elli 2019-10-29 13:31:00

Həmişə azadlıqda!

Bashirov Qarib 2019-10-29 13:31:00

Plastik su butulkası ilə birinə bircə zərbə vurana 7 il həbs verirlər, agır cinayətkar kimi gunə- gun həbsdə saxlayırlar,iki nəfərin ölumunə səbəb olan, həbsdən qaçırma olayının təşkilatçısı isə azadlıga buraxılır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol