Menu

Gürcüstan prezident seçir

27.10.2013, 12:06
Gürcüstan prezident seçir

Gürcüstanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-dan açılıb və saat 20:00-dək açıq olacaq.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstan ərazisində seçkilərdə iştirak edə biləcək seçicilərin sayı 3 537 719 milyon nəfər təşkil edir. Ölkədə 3 655 seçki məntəqəsi və 34 əlavə xüsusi məntəqə fəaliyyət göstərir.

Gürcüstandan kənarda 50 seçki məntəqəsi var. Burada xidməti işləri üzrə xaricdə yaşayan və olan Gürcüstanın 48 458 vətəndaşı səs verə biləcək.

Prezidentliyə namizədlər qismində 23 nəfər rəsmən qeydə alınıb. Namizədlər - "Gürcü arzusu" hakim koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze, keçmiş hakim partiya olan Vahid Milli Hərəkatın namizədi David Bakradze və digərləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol