Menu

Yığmamızın Avropa çempionatında Ermənistanla oyun üçün heyətini açıqlayıb

01.11.2019, 10:42
Yığmamızın Avropa çempionatında Ermənistanla oyun üçün heyətini açıqlayıb

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatı davam edir.

APA-nın məlumatına görə, Azərbaycan kişi və qadınlardan ibarət milli komandalarının VIII tur üçün heyətləri açıqlanıb.

Kişilərin mübarizəsində Ermənistanla oynayacaq yığmanın heyətində Şəhriyar Məmmədyarov yenə birinci lövhədə yer alacaq. O, rəqibin lideri Levon Aronyanla qarşılaşacaq. Digər lövhələrdə Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli çıxış edəcək.

Qadınlardan ibarət milli isə Fransanı sınağa çəkəcək.

Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış noyabrın 2-də bitəcək.

Avropa çempionatı

VIII tur

Kişilər

AZƏRBAYCAN – ERMƏNİSTAN

Şəhriyar Məmmədyarov – Levon Aronyan

Arkadi Naydiç – Qabriel Sarkisyan

Qədir Hüseynov – Qrant Melkumyan

Eltac Səfərli – Arman Paşikyan

Turnir cədvəli: 1. Rusiya – 12 xal, İngiltərə, 3. Ukrayna – hər ikisi 11, ...6. Ermənistan, 7. Azərbaycan – hər ikisi 9.

Qadınlar

FRANSA – AZƏRBAYCAN

Sofi Milye – Günay Məmmədzadə

Paulin Quşar – Xanım Balacayeva

Almira Skripçenko – Ülviyyə Fətəliyeva

Nataşa Beneşba – Gülnar Məmmədova

Turnir cədvəli: 1. Rusiya – 13 xal, 2. Gürcüstan - 11, 3. Azərbaycan - 10, ...6. Fransa - 9.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol