Menu

Azərbaycan - Uels matçı üçün biletlərin qiymətləri müəyyənləşib

01.11.2019, 17:13
Azərbaycan - Uels matçı üçün biletlərin qiymətləri müəyyənləşib

Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsində Uels yığmasına qarşı “Bakcell Arena”da keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.

"Report"un məlumatına görə, satış üçün 11 məkan müəyyənləşdirilib. Qiymətlər adi sektorlara 2 - 4 manat, VİP sektorlar üçün 20 manat müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol