Menu

Əfqanıstanda törədilən partlayış 9 məktəblinin həyatına son qoyub

02.11.2019, 12:44
Əfqanıstanda törədilən partlayış 9 məktəblinin həyatına son qoyub

Əfqanıstanda məktəblilərin ölümü ilə nəticələnən partlayış baş verib.

“Report” xəbər verir ki, məlumatı Əfqanıstanın “Pajhwok” agentliyi yayıb.

Bildirilib ki, hadisə noyabrın 2-si səhər saatlarında ölkənin şimal-şərqində yerləşən Tahar əyalətinin Darkad rayonunda törədilib. Nəticədə məktəbə gedən 9 şagird həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol