Menu

Bərdədə "Aminal" partlayıcı vasitəsi partlayıb, yaralananlar var

02.11.2019, 20:57
Bərdədə "Aminal" partlayıcı vasitəsi partlayıb, yaralananlar var

Bərdə rayonunda "Aminal" partlayıcı vasitəsi partlayıb.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Arabaçılar kəndində qeydə alınıb.

Belə ki, partlayıcı vasitə olan "Aminal" ehtiyatsız davranma nəticəsində gəncin (şəxsiyyəti müəyyənləşdirilir -red) əlində partlayıb. Nəticədə o və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Aminal" partlayıcı vasitədir. Ondan qanunsuz ov zamanı istifadə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol