Menu

Ötən gün güclü külək Bakıda fəsadlar törədib - FOTOLAR

03.11.2019, 12:49
Ötən gün güclü külək Bakıda fəsadlar törədib - FOTOLAR

Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb. Trend-in məlumatına görə, paytaxtın Xətai rayonu, S.Mehmandarov küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində uçaraq ətrafa dağılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına əsasən, ötən gün şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dənizdə isə dalğanın hündürlüyü 7 metr olub.

Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb.

Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.

Ötən gün güclü külək Bakıda fəsadlar törədib (FOTO)

Ötən gün güclü külək Bakıda fəsadlar törədib (FOTO)

Ötən gün güclü külək Bakıda fəsadlar törədib (FOTO)

Şərhlər

sual 2019-11-03 12:49:52

Damıucub ətrafa dağilaraq bir necə nəfəfrə belə xəsarət yetirilməsindən dikin maqazinlərin ustünə düşməsi nəticəsində sahibkar Eynulla adlı Şuşa rayonundan məcburi köckünə maddi ziyan vurulmasından danişmaq daha məqsədəmüvafiqdir. Qeyd edək ki daı ucan bina Həsən adlı tikinti maqnatına məxsusdu ki bu keyfiyyətsiz binaya Əmlak Məsələləri Dövlət Komitəsindən kupca verilib üstəlik qaz xətti cəkilib. İstismara qəbul AKTi var. Qəribədirmi ya?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol