Menu

Sumqayıtda baş verən ağır yol qəzasında 3 nəfər ölüb

03.11.2019, 13:15
Sumqayıtda baş verən ağır yol qəzasında 3 nəfər ölüb

Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt adlanan ərazidə baş verib.

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

Hazırda həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol