Menu

Litvada NATO təlimləri başlanıb

04.11.2019, 14:42
Litvada NATO təlimləri başlanıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litvada miqyaslı «Gelezinis Vilkas 2019 - II» («Dəmir canavar - 2019 - II») hərbi təlimləri başlanıb. Təlimlərdə 11 NATO ölkəsindən min hərbçi və 1 min vahiddən artıq hərbi texnika iştirak edir («RuBaltic.ru»).

Təlimlərin məqsədi kimi, qarşılıqlı fəaliyyətin effektli planlaşdırılmasının və döyüş tapşırıqlarının yerinə yetirilməsinin məşq olunması məsələləri irəli sürülür. Məşqlər 2019-cu ildə Litvada keçirilmiş nəhəng təlimlərin ikinci mərhələsi hesab olunur. İyul ayında «Gelezinis Vilkas 2019 - I» təlimlərinin birinci mərhələsi keçirilib. Bu təlimlərdə də analoji sayda hərbçi və texnika iştirak edib.

Təlimlərdə litvalı əsgərlərdən başqa, Belçika, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, Polşa, Portuqaliya, ABŞ, Çexiya və Estoniya hərbçiləri də iştirak edirlər. Hərbçilərin bir hissəsi Estoniyadakı NATO batalyonuna daxildir. Bu batalyona B.Britaniya başçılıq edir.

Təlimlər Belarus sərhədinin yaxınlığındakı Pabrade poliqonunda keçirilir və noyabrın 18-ə qədər davam edəcək. Oktyabr ayında orada Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələrinin mexanikləşdirilmiş (500 hərbçi, 30 ədəd «Abrams» tankı və 25 ədəd «Bredli» tipli piyadaların döyüş maşını) batalyonu yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol