Menu

Dağlıq Qarabağda erməni əsgər intihar edib

05.11.2019, 10:37
Dağlıq Qarabağda erməni əsgər intihar edib

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgər özünü öldürüb.

APA-nın məlumatına görə, noyabrın 4-də saat 19.30-da 2000-ci il təvəllüdlü Erik Arutyunyanın meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol