Menu

"Jurnalistlərin peşə fəaliyyətinə hər hansı məhdudiyyət yoxdur" - BŞBPİ

05.11.2019, 13:11
"Jurnalistlərin peşə fəaliyyətinə hər hansı məhdudiyyət yoxdur" - BŞBPİ

“Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyilə bağlı mətbuatın sorğusunu cavablandırarkən deyib.

E.Hacıyev bildirib ki, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər:

“Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində "PRESS" yazılan gödəkçə geyinmələrini tövsiyə edirik”.

Şərhlər

Bashirov Qarib 2019-11-05 13:11:34

Peşəkarlıq meyarı obyektivlik olan yurnalistləri kutləvi tədbirlər zamanı, hörmətli polislər necə muəyyənləşdirir, görəsən.Yurnalistlər də polislərin muəyyən etdiyi obyektivlik meyyarına tabe olmalıdır, məgər.Yurnalist azad peşədir, kimi, nəyi və necə çəkməyi polislərdən soruşmalı deyildir ki.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol