Menu

Arif Hacılı özünə 14 müşavir təyin edib

06.11.2019, 18:09
Arif Hacılı özünə 14 müşavir təyin edib

Müsavat Partiyasının başqanı Arif Hacılı özünə 14 müşavir təyin edib.

Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası başqanı Arif Hacılı bu gün imzaladığı sərəncamlarla öz müşavirlərini təyin edib.

G. Aslanlı bildirib ki, Müsavat başqanının müşavirlərinin sayının çox olmasını rayon təşkilatlarının daha da güclənməsi və fəallaşması istiqamətində atılan addımdır.

Müsavat Partiyası başqanı Arif Hacılı bu gün imzaladığı sərəncamlarla Azər İsmayıl, Baha Mikayılov, Cahangir Əmirxanlı, Dadaş Əhmədli, Elman Həsənli, Əlikram Xurşidov, Fariz Cəfərli, Füzuli Cərullayev, Mərdan Mehdili, Niyaz Nəsir, Ramazan Əliyev, Sevda Səfərəliyeva (Laçınlı), Yusif Mehdi, Vaqif Davud müşavir təyin edilib.

Şərhlər

dadaşyev 2019-11-06 18:09:29

Yaxşı ki bizdə əhali Çindəki kimi milyard yarım deyil.Orda camaat bizdən 150 dəfə çoxdu.Əgər cəmisi 10 milyonluq respublikanın "rayon təşkilatlarının fəaliyyətinin güclənməsi üçün" 14 müşavir lazım olubsa,milyard yarım olsaydıq bu yazığın azı 2100 müşaviri olacaqdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol