Menu

"F-22"lər İŞİD üzərində sınaqdan çıxarıldı

23.09.2014, 15:13
"F-22"lər İŞİD üzərində sınaqdan çıxarıldı

ABŞ terror qruplaşmasını yeni qırıcılarla vurur

ABŞ ilk dəfə F-22 qırıcılarını döyüşdə sınaqdan keçirib. Bu barədə Amerika Müdafiə Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Amerika həmin qırıcılar vasitəsilə Suriyanın Rakka və ətraf şəhərlərinə həmlə edib. ABŞ-ın hücum etdiyi bu ərazilər terrorçu İŞİD-in məkanı sayılır.

Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib ki, həmin bu raket vasitəsilə ən çətin nöqtələri vurmaq əlverişlidir.

Həmçinin bildirilir ki, İŞİD-in mövqelərinə intensiv hücum bu gün səhər saatlarından başlanıb. O da qeyd olunub ki, əməliyyatlarda Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Burləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri də iştirak edib.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol