“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyi qurumun yolları qazdıqdan sonra təmir etməməsi ilə bağlı ittihamlara münasibət bildirib.
“Report”un məlumatına görə, sədr bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında danışıb.
“Qazdığımız yolları biz təmir etməməliyik. “Azərsu”nun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləsi var. Bu müqaviləyə əsasən, yolları onlar təmir etməlidirlər. Bəzən təmir bir iki gün çəkir, bu isə camaatın haqlı narazılığına səbəb olur. Bildiyim qədər Agentlik işləri tez görmək üçün yeni qurğular alıb”, - deyə o, qeyd edib.


Şərhlər
Ay Qorxmaz bəy,bəs Şəkidə kanalizasiya (yarımçıq)xətləri üçün qazılan yolları kim təmir etmlidir? yazda qazılan yollar indiyə kimi bərpa olunmur.Bir də ki, xətlər magistral yollara çəkilir.ara yollar və evlərə çəkiliş isə yubadılır.DEməli bir daha yollar təkrar olaraq qazılacaq? Bu necə planlı işdir?İnsanlar yazda-yayda tozdan.payızda-qışda palçıqdan əziyyət çəkir.Bu necə planlı işdir?Kim buna nəzarət etməlidir?