Menu

Ərdoğan və xanımı nikah şahidi oldu

09.11.2019, 21:38
Ərdoğan və xanımı nikah şahidi oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Ədalət və İnkişaf Partiyasının baş katibinin köməkçisi Mahir Ünalın qızı Elif Sena və Ali Yavuzun nikah şahidi olub.

“Anadolu” agentliyi bildirir ki, mərasim Haliç konqress mərkəzində baş tutub.

Məlumata görə, Ərdoğan cütlüyə xoşbəxtlik arzulayıb və nikah şəhadətnaməsini gəlinə təqdim edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol