Menu

Bu gün Azərbaycan və Ermənistan XİN başçıları Nyu-Yorkda görüşəcək

23.09.2014, 18:51
Bu gün Azərbaycan və Ermənistan XİN başçıları Nyu-Yorkda görüşəcək

Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Edvard Nalbəndyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü olacaq. musavat.com-un məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün twitter səhifəsindəki mikrobloqunda yazıb.

“Biz Dağlıq Qarabağ məsələsini müzakirə eləmək üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik” – yazıb Uorlik.

Xatırladaq ki, xarici işlər nazirlərinə iki ölkə prezidentlərinin – İlham Əliyev və Serj Sərkisyanın növbəti görüşünü hazırlamaq da tapşırılıb. Görüş Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu il oktyabrın sonunda, Parisdə baş tutmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol