Menu

Bakıda yol qəzası olub, xəsarət alanlar var

10.11.2019, 00:40
Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"' xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun Goradil-Novxanı yolunda "Cadillac" markalı avtomobil hərəkətdə olarkən digər avtomobillə toqquşub. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımin köməyi ilə xəstəxanaya çatdırılıblar.

Ramin Şahbazov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol